Böyük Britaniyanın baş naziri Keir Starmer Rusiya neftini almamaqla Moskvaya təsir göstərə biləcəkləri qənaətindədir.
Plametinfo.az TASS-a istinadən bildirir ki, Starmer bunu Böyük Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxışı zamanı deyib.
O bəyan edib ki, Cənubi Afrikada keçirilən İyirmilik Qrupunun (G20) sammitində danışıqlar zamanı G20 ölkələrini Rusiyanın enerji resurslarının alınmasını dayandırmağa çağırıb.
“Rusiya neftinin və qazının qlobal bazarlardan sıxışdırılmasının təcili ehtiyacı mənim tərəfimdən G20 sammitində ətraflı müzakirə olundu”,-deyə Böyük Britaniyanın baş naziri bildirib.
Qeyd edək ki, G20 sammiti noyabrın 22-23-də Yohannesburqda baş tutub.
Anar