ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə avropalı müttəfiqlərinin iştirakı olmadan danışıqlar aparır.
Planetinfo.az xəbər verir ki, bu barədə "The British Army Review" jurnalında hərbi tarix professoru Alexander Hill bildirib. Onun sözlərinə görə, Trampın belə qərara gəlməsi Böyük Britaniya və Aİ-nin qlobal siyasətdə rolunun azaldığını göstərir.
“Trampın Avropanın iştirakı olmadan Putinlə danışıqlar aparmaq qərarı Böyük Britaniya və onun avropalı müttəfiqlərinin yalnız məhdud təsir və aktuallığa malik olması fikrini gücləndirdi”, məqalədə qeyd edilir.
Hillin sözlərinə görə, Böyük Britaniyanın baş naziri Keir Starmerin Londonu Kiyevi dəstəkləyən koalisiyanın mərkəzində saxlamaq cəhdlərinə baxmayaraq, Qərbdə belə bir fikir geniş yayılıb ki, Britaniya, Fransa və Almaniya kimi kiçik dövlətlər təkbaşına Ukraynaya əhəmiyyətli yardım göstərmək iqtidarında deyillər.
Anar