"Müharibə tərəflərinin ortaq məxrəclə razılığa gəlməsi üçün şərtlər mümkün deyil. Tərəflərin qırmızı cizgiləri fərqlidir və dəyişməzdir".
Bu fikirləri
Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O qeyd edib ki, Zelenski isə artıq Trampın dilini tapıb:
"Razı olmasa belə Trampın 28 maddəlik planına yox demədi. Araya girən Avropa liderləri planın maddələrini 19-a saldığı və Ukraynanın maraqlarını qoruduğu deyilən şərtlər yazmaqla topu Rusiyaya ötürdülər. Əslində Zelenski də yaxşı bilir ki, bu şərtləri Rusiya qəbul etməyəcək. Sadəcə Zelenski oyunu pozan tərəf kimi görünmək istəmir ki, Trampın qəzəbinə tuş gəlməsin. Putinə qarşı isə Trampın və ətrafının xüsusi rəğbəti olduğu üçün Rusiyanı ciddi nəticələr gözləmir".
Anar