Dünya 28-11-2025, 12:06

Özbəkistan “Kağızsız Hökumət” sisteminə keçəcək




“Əsas məqsədimiz Özbəkistanı 2030-cu ilə qədər həddindən artıq bürokratiyadan azad bir əraziyə çevirməkdir”.

Planetinfo.az xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev deyib. O bildirib ki, 2030-cu ilə qədər həyata keçiriləcək mühüm vəzifələr müəyyən edilib:

"Xüsusilə, dövlət xidmətlərinin sayı 1,5 minə çatdırılacaq və elektron xidmətlərin payı 95%-ə çatacaq. Təkcə gələn il 250 xidmət elektron formaya keçiriləcək. Məsələn, nəqliyyat vasitələrinin qeydiyyatı və ƏDV-nin geri qaytarılması kimi xidmətlərdən elektron istifadə yaradılacaq".

Mirziyoyev qeyd edib ki, yeni Özbəkistan tamamilə “Kağızsız Hökumət” sisteminə keçəcək və kağız dövriyyəsindən tamamilə imtina edəcək:

"Mövcud 40 milyon sənəddən 25 milyonu, gələn il isə daha 5 milyonu rəqəmsallaşdırılacaq".

Anar

Xəbər lenti