Ukraynada bir müddətdir ki, antikorrupsiya tədbirləri həyata keçirilir. Həyata keçirilən tədbirlər çərçivəsində bu gün Ukrayna prezidentininn ofisinin rəhbəri Andrey Yermakın evində axtarışlar aparılıb.
Planetinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlıərini bildirən politoloq Zeynal Əmrəliyev deyib ki, bu əməliyyat Ukrayana üçün həm xeyr, həm də ziyandır:
"İlk növbədə əməliyyat ölkədə korrupsiyaya qarşı mübarizəsinin yüksək səviyyədə olduğunu, şəffaf idarəçiliyi, güclü enerji potensialını ortaya qoyur. Bu addımlar Qərb tərəfindən müsbət qiymətləndirilə və Ukraynaya maliyyə yardımlarını artıra bilər. Amma bu həbslərin kütləvi xarakter alması ölkədə siyasi çaxnaşmaya və prezident Zelinskinin onsuz da müharibəyə görə kövrək olan komandasının daha da çalxalanmasına səbəb ola bilər. Bu baxımdan Ukrayna prezidenti əməliyyatın məhz öz nəzarətində aparılmasına çalışır".
Politoloq hesab edir ki, Zelinski ən yaxın adamı olan Yermakı sona qədər müdafiə etməyə çalışacaq:
"Ancaq vəziyyət ciddiləşərsə son anda " Ukraynanın boz kardinalı " bu oyuna qurban gedə bilər".
Anar