Gündəm Dün, 21:00

Polis əməliyyat keçirdi: 13 nəfər saxlanıldı



Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 13 nəfəri saxlayıb.

Bu barədə Planetinfo.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şübhəlilərdən Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cilqamlıdan ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Araşdırma aparılır.

Xəbər lenti