Gündəm / Siyasət / Dünya
Bugün, 13:10
İranda qüllə vuruldu
ABŞ-ın İranın Kirman vilayətində telekommunikasiya qülləsinə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər xəsarət alıb.
Bu barədə vilayət başçısının müavini Rəhman Cəlali bildirib.
"Hücum zamanı Kirman vilayətinin cənubundakı dağlıq ərazidə yerləşən rabitə qülləsi vurulub. Nəticədə iki nəfər yaralanıb. Xilasetmə qüvvələri əraziyə operativ şəkildə çatdıqdan sonra zərərçəkənlər dərhal helikopterlə tibb müəssisələrinə təxliyə ediliblər və hazırda onlara lazımi tibbi yardım göstərilir", - deyə məlumatda vurğulanır.