Gündəm / İdman Bugün, 11:15

Həmzət Çimayev ilk dəfə məğlub oldu



Mayın 10-da ABŞ-ın Nyuark şəhərində UFC 328 turniri keçirilib.

Əsas qarşılaşma BƏƏ təmsilçisi Həmzət Çimayev və amerikalı Şon Striklend arasında orta çəkidə titul uğrunda döyüş olub .

Döyüş beş raund davam edib və hakimlərin qərarı ilə Striklendin qələbəsi ilə başa çatıb.

Çimayevin hazırda 16 MMA döyüşü var – 15 qələbə və bir məğlubiyyət. Striklendin 31 qələbəsi və 7 məğlubiyyəti var. Həmzət peşəkar karyerasında ilk məğlubiyyətini alıb.

Xəbər lenti