Gündəm / İdman Bugün, 12:30

Ulduz futbolçu DÇ-2026-dan sonra karyerasını başa vuracaq?



ABŞ-ın “Minnesota” klubunun ulduz yarımmüdafiəçisi Xames Rodriges 2026-cı il dünya çempionatından sonra karyerasını başa vurmaq qərarına gəlib.

Bu barədə “AS Colombia” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 34 yaşlı kolumbiyalı futbolçu artıq qərarını klub rəhbərliyinə çatdırıb. “Minnesota” rəhbərliyi isə təcrübəli yarımmüdafiəçini fikrindən daşındırmağa çalışır və ona 2026-cı ilin sonuna qədər nəzərdə tutulan yeni müqavilə təklif edib.

Xames Rodriges karyerası ərzində Portuqaliyanın “Portu”, Fransanın “Monako”, İspaniyanın “Real Madrid”i və Almaniyanın “Bavariya”sı kimi nəhəng klublarda çıxış edib.

2026-cı il dünya çempionatında Kolumbiya millisi Portuqaliya, Özbəkistan və Konqo Demokratik Respublikası ilə eyni qrupda mübarizə aparacaq. Planetin birinciliyi 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Xəbər lenti