Gündəm / İdman Bugün, 14:11

Nüfuzlu yarışda kütləvi qəza



“Ciro d’İtalia” veloyürüşünün ikinci mərhələsində finişə 22 kilometr qalmış kütləvi qəza baş verib.

Hadisəyə səbəb yarışın keçirildiyi Bolqarıstandakı yağışlı hava şəraiti olub.

Qəza səbəbindən yarış dayandırılıb və daha sonra finiş xəttinə 18 kilometr qalmış yenidən bərpa olunub.

İlkin məlumata görə, insident zamanı təxminən 20 velosipedçi zərər çəkib. Bəzi idmançılar hətta qoruyucu baryerlərin üzərindən aşaraq yoldan kənara düşüblər.

Qeyd edək ki, “Ciro d’İtalia” bu il 109-cu dəfə keçirilir. Yarış mayın 8-də start götürüb və mayın 31-də başa çatacaq.

İlk mərhələ Bolqarıstanın Nesebar şəhərində başlayıb və Burqasda yekunlaşıb. İkinci mərhələdə isə iştirakçılar Burqasdan Veliko Tırnovoya doğru hərəkət edirlər. 21 mərhələdən ibarət yarış boyunca velosipedçilər ümumilikdə 3459 kilometr məsafə qət edəcəklər.

Xəbər lenti