“Real”ın müdafiəçisi David Alabanın və “Barselona”nın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi müştərilərini İtaliya A Seriyası klublarına təklif edib.
Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçu nümayəndəsi “Milan” və “Yuventus” rəhbərliyi ilə danışıqlar aparıb. Xəbərdə qeyd olunur ki, hər iki klub Alaba ilə bağlı təklifi dinləyib və futbolçunun zədə tarixçəsini nəzərə alaraq variantları qiymətləndirəcək.
Bundan başqa, avstriyalı müdafiəçi ilə ABŞ və Səudiyyə Ərəbistanı klubları da maraqlanır. Həmçinin “Red Bull Zalsburq” Alabanı gənc futbolçular üçün mentor rolu ilə komandaya cəlb etmək istəyir.
Levandovskiyə gəlincə, Zahavi “Milan” və “Yuventus”a futbolçunun mövsüm üçün 8 milyon avro maaş tələbi olduğunu çatdırıb. Bildirilir ki, hazırkı mərhələdə bu məbləğ hər iki İtaliya nəhəngi üçün kifayət qədər yüksək hesab olunur.