Gündəm / Siyasət / Dünya 14-05-2026, 20:10

NATO üçün sərt dərs - Uğursuz təlimlər alyansın zəifliyini üzə çıxardı



NATO-nun İsveçin Qotland adasında keçirdiyi təlimlər zamanı ukraynalı FPV-dron operatorları şərti düşmən rolunda İsveç ordusunun bölmələrini məhv edib.

Planetinfo.az xəbər verir ki, bu barədə “Wiadomosci” məlumat yazıb.

Bildirilib ki, İsveç hərbçiləri NATO-nun klassik doktrinaları ilə hərəkət etdiyi halda, ukraynalı operatorlar real döyüş təcrübəsi və ucuz pilotsuz aparatların kütləvi istifadəsi sayəsində üstünlük əldə ediblər.

Ekspertlər bildirirlər ki, bu nəticə NATO orduları ilə müasir döyüş reallığı arasındakı fərqi ortaya qoyur.

Onların fikrincə, alyans hələ də ənənəvi hava üstünlüyü strategiyasına güvənir və “dron müharibəsi”nə tam uyğunlaşa bilməyib.

Xəbər lenti