Gündəm / Dünya Bugün, 21:15

Ermənistanda ildırım körpünü dağıtdı




İrəvanda ildırım vurması nəticəsində körpü uçub.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına istinadla "Sputnik Armenia" məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, iyunun 11-də saat 19:26 radələrində İrəvan-Sevan magistral yolunda, Çarentsavan yaxınlığında ildırım düşməsi nəticəsində körpünün uçması barədə məlumat daxil olub.

Körpü paytaxtdan 35 km şimalda yerləşir. İlkin məlumatlara görə, hadisə nəticəsində üç avtomobilə ziyan dəyib. Hazırda hadisə yerində xilasedicilər və polis əməkdaşları çalışır, magistral yolda nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

Ermənistan Daxili İşlər Nazirliyi yaxın saatlarda Razdan və Sevan şəhərlərində güclü yağışların gözlənildiyi barədə xəbərdarlıq edib. İyunun 11-nə keçən gecə Gümrü şəhərinə yağan leysan və dolu nəticəsində bir neçə küçə su altında qalıb, nəqliyyatın hərəkəti dayandırılıb. Media məlumatlarına görə, bəzi yerlərdə buz qatının qalınlığı 1,5 metrə çatıb.

Xəbər lenti