ABŞ-a məxsus hərbi təyyarə Drezden hava limanında təcili eniş edib.
Bu barədə ABŞ-ın Avropa və Afrikadakı ordu komandanlığının nümayəndəsi Metyu Blubaua istinadla "Stars and Stripes" nəşri məlumat yayıb.
Təyyarənin göyərtəsində yaranan texniki nasazlıq səbəbindən eniş etdiyi bildirilib. İnsident iyunun 9-da baş verib və nəticədə xəsarət alan olmayıb.
Nəşrin qeyd etdiyinə görə, təcili enişi Amerika hərbçilərinin pilot hazırlığı, yükdaşıma və kəşfiyyat tapşırıqları üçün istifadə etdiyi "Cessna" təyyarəsi yerinə yetirib. Drezden hava limanı əsasən kommersiya uçuşlarına xidmət göstərsə də, ABŞ hərbçiləri ondan Avropadakı əməliyyatlar üçün keçid məntəqəsi kimi istifadə edirlər.