Rusiya Prezidenti Vladimir Putin müğənni və aktrisa, Rusiyanın Xalq artisti Roksana Babayanın istedadını yüksək qiymətləndirərək onun fəaliyyətinə heyranlığını gizlətməyib.
Bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, Kremlin saytında dərc olunmuş teleqramda Rusiya dövlət başçısı erməni əsilli sənətçini yubileyi münasibətilə təbrik edib.
Putin 80 yaşını qeyd edən Babayana möhkəm cansağlığı və ruh yüksəkliyi arzulayıb.
"Rusiya pop musiqisinin sadiq pərəstişkarları sizi istedadınıza və canlı, çoxşaxəli yaradıcılığınıza görə səmimi qəlbdən sevir və qiymətləndirirlər. Əlbəttə ki, fəal vətəndaş mövqeyiniz və enerjinizi, gücünüzü həsr etdiyiniz geniş ictimai və xeyriyyəçilik işləriniz xüsusi hörmətə layiqdir", - teleqramda deyilir.