Gündəm / Dünya Dün, 19:00

ABŞ bu ölkəyə qarşı hərbi güc tətbiq edə bilər - HƏDƏ



ABŞ administrasiyası Kubaya qarşı hərbi güc tətbiqi variantını nəzərdən keçirir.
Bunu ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib.

ABŞ Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında yayılan məlumata görə, Heqset “Hərbi variantlar da daxil olmaqla, bütün variantlar nəzərdən keçirilir. Kuba üçün prezident Donald Trampın ABŞ-ın strateji maraqlarını müdafiə etmək əzmini nəzərə almaq ağıllı addım olardı. Çünki Kuba, şübhəsiz ki, ABŞ-la rəqabət apara bilməz”, - deyə qeyd edib.

O vurğulayıb ki, Vaşinqtonun Havana ilə bağlı çoxsaylı fəaliyyət variantları var.

Heqsetin açıqlaması ABŞ-ın Kuba ilə bağlı təzyiqləri artırdığı bir vaxtda səslənib. O, daha əvvəl də Kubanı ABŞ ərazisinə və ya Quantanamo körfəzindəki ABŞ hərbi bazasına təhlükə yarada biləcək silahlar əldə etməməyə çağırmışdı.

Xəbər lenti