Gündəm / Siyasət / Dünya Dün, 18:30

ABŞ və İran razılığa gəldi - Şahbaz Şərif




ABŞ və İran münaqişənin dayandırılmasına dair sazişin yekun mətnini razılaşdırıblar, rəsmi İslamabad isə hazırda onun imzalanması prosedurunu başa çatdırmaq üçün hər iki tərəflə sıx əməkdaşlıq edir.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" də bildirib.

Onun sözlərinə görə, İslamabadın fəal vasitəçilik səyləri fonunda sülh prosesinin pozulmasında maraqlı olanlar tərəfindən əsassız məlumatların yayılması davam edir.

Baş nazir vurğulayıb ki, bu cür cəhdlərə baxmayaraq, tərəflər sənədin yekun mətnini razılaşdıra biliblər.

"Əsassız məlumatlarla bağlı bütün bu səs-küyü bir kənara qoysaq, təsdiq edə bilərik ki, sülh sazişinin yekun razılaşdırılmış mətni artıq hazırdır və Pakistan hazırda sonrakı addımlar üzərində hər iki tərəflə sıx işləyir", - o deyib.

"Sülh hələ heç vaxt indiki qədər yaxın olmamışdı", - deyə Pakistanın Baş naziri vurğulayıb.

Xəbər lenti