Gündəm / Dünya 30-06-2026, 19:30

Litva tarixinin ən gənc baş naziri seçildi



Litva parlamenti (Seym) Sosial-Demokrat Partiyasının (SDPL) lideri, 42 yaşlı Mindauqas Sinkyaviçyusun baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib.

Bu barədə parlamentin rəsmi saytında məlumat yayılıb.

Bununla da Sinkyaviçyus ölkə tarixində bu posta təyin olunan ən gənc siyasətçi olub. Bundan əvvəl Litvanın ən gənc baş naziri İnqa Ruqinyene hesab edilirdi. O, vəzifəyə başlayarkən 44 yaşında idi.

Yeni baş nazir çıxışı zamanı bildirib ki, bu vəzifə titul və ya şəxsi ambisiya məsələsi deyil.

“Baş nazir olmaq hökumətin fəaliyyətinə və bəzən çətin, lakin zəruri qərarlara görə məsuliyyəti üzərinə götürmək deməkdir”, - deyə o qeyd edib.

Səsvermənin nəticələrinə əsasən, Sinkyaviçyusun namizədliyini 80 deputat dəstəkləyib, 2 deputat əleyhinə səs verib, 28 deputat isə bitərəf qalıb.

Xəbər lenti