Dünən Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu, gözəl və mənalı şeirləri, romanları ilə milyonlarla insanın qəlbində taxt quran şair, yazıçı, professor Məmməd İsmayılın doğma kəndi Əsrikdə bürüncdən büstü ucaldıldı.
Həmçinin məzarının ətrafında Məmməd İsmayıl Xiyabanı salınmışdır. Onu ziyarət etmək istəyənlər Tovuz rayonunun Əsrik kəndinin girişində yerləşən qəbiristanlıqda əziz xatirəsini yad edə bilərlər.
Öz arzusu və vəsiyyətinə uyğun olaraq, kəndə hakim bir təpədə, bütün doğma elini görə biləcəyi məkanda dəfn edilmişdir.
Allahdan Atama rəhmət diləyirik. Ruhun şad, məkanın cənnət olsun, Ata! Səni xatırlamadığımız bir an belə olmadı. Gedişin qəlbimizdə sağalmayan bir yara, silinməyən bir iz qoydu. Sən hər zaman qəlbimizdə yaşayacaqsan !
Könül İsmayıl