Xalq artisti Fatma Mahmudova müğənni qızı Nigar Tofiqin toyuna hazırlaşır.
Sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, toy tarixini açıqlamasa da, məclisin sentyabr ayında Bakıda və Qarabağda keçiriləcəyini bildirib:
"Toy bir neçə yerdə olacaq. Elə-belə məclis olmayacaq, milli Qarabağ toyu olacaq. Məni istəyən bütün sənət dostlarım, qarabağlılarımın hamısı dəvət olunacaq".
Qeyd edək ki, Nigar Tofiq duet ortağı Xan Qaraxanoğlu ilə may ayında nişanlanıb. (Axşam.az )