Türkiyəli komediyaçı Deniz Göktaş İstanbul Hava Limanında ölkəyə qayıdarkən saxlanılıb.
Bu barədə yerli KİV məlumat yayıb.
Buna səbəb onun "Ölü dəniz" adlı "stand-up" çıxışında "Qurani-Kərim" və vəhy prosesi ilə bağlı səsləndirdiyi fikirlər olub.
Hazırda komediyaçı ifadə vermək üçün İstanbul Təhlükəsizlik Şöbəsinə aparılıb və istintaq davam edir.
Qeyd edək ki, bir neçə gün öncə Deniz Göktaşın müqəddəs kitabları müqayisə edərək təhqiredici ifadələr işlətməsi səbəbindən onun barəsində istintaq başladılıb. Hətta komediyaçının ölkədən qaçması ilə bağlı iddialar da yayılmışdı.