Gündəm / Siyasət / Dünya Bugün, 19:10

Trampa qarşı sui-qəsd iddiası: Türkiyə kəşfiyyatı nəticəni açıqladı



Başlıq: Türkiyə Trampa qarşı sui-qəsd iddialarına aydınlıq gətirdi

Türkiyə xüsusi xidmət orqanları ABŞ prezidenti Donald Trampın iyulun 7-8-də Ankarada keçirilən NATO sammiti zamanı ona qarşı sui-qəsd hazırlanması ilə bağlı iddiaları təsdiqləməyib.

Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, daha əvvəl "The Wall Street Journal" və bir sıra İsrail KİV-ləri İsrail xüsusi xidmət orqanlarının Trampa qarşı İran tərəfindən Ankarada sui-qəsd hazırlandığı barədə Vaşinqtona məlumat ötürdüyünü yazmışdı.

Məlumata görə, eyni informasiya Türkiyə xüsusi xidmət orqanlarına da təqdim edilib. Lakin aparılan araşdırmalardan sonra Türkiyə tərəfi Trampa qarşı hər hansı sui-qəsd hazırlığına dair əlamət aşkarlamadığı qənaətinə gəlib.

Bununla belə, İsrailin təqdim etdiyi məlumat ABŞ xüsusi xidmət orqanlarını əlavə təhlükəsizlik tədbirləri görməyə vadar edib. Bildirilir ki, məhz bu səbəbd

Xəbər lenti