Göyçay rayonunda baş verən zəncirvari avtomobil qəzasında altı nəfər xəsarət alıb.
Hadisə rayon mərkəzinin Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, prospektdə hərəkətdə olan "VAZ-2107", "VAZ-2105" və "Hyundai Sonata" markalı minik avtomobillərinin iştirakı ilə zəncirvari toqquşma baş verib.
Qəza nəticəsində 6 nəfər - 2011-ci il təvəllüdlü Sabir Nəsibli, 1991-ci il təvəllüdlü Fidan Nəsibova, 1995-ci il təvəllüdlü Mansur Babazadə, 1992-ci il təvəllüdlü Tural İbrahimov, 2007-ci il təvəllüdlü Mirəli Zeynalov və 2009-cu il təvəllüdlü Nuray Nəsibli xəsarət alıblar.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.