Gündəm / Siyasət / Dünya
Dün, 23:30
İrandan sərt xəbərdarlıq: Hörmüz boğazından və Fars körfəzindən neft ixrac edilməyəcək
İran Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ABŞ-a qarşı sərt xəbərdarlıq edib.
Rzai iqtisadi müharibənin davam edəcəyi təqdirdə İranın Hörmüz boğazından, eləcə də Fars körfəzinin digər hissələrindən neftin ixracına imkan verməyəcəyini bildirib.
“Tehran ABŞ-ın İran xalqına qarşı iqtisadi müharibəsində iştirak edən və ya bunu dəstəkləyən istənilən ölkənin mövqeyini müharibə aktı kimi qiymətləndirəcək”, - deyə Rzai bəyan edib.