Gündəm / Dünya Bugün, 18:40

Açarı girişə qoydu, evdəki milyonlar yoxa çıxdı - ŞOK OLAY



Sankt-Peterburqda iş adamının evindən 12,2 milyon rubl oğurlanıb.

Biznesmenin 18 yaşlı qızı telefon fırıldaqçılarının təsiri ilə evin açarını binanın girişində qoyub. Bundan sonra cinayətkarların əlbir olduğu şəxs mənzilə daxil olaraq seyfi açıb və müxtəlif valyutalarda olan 12,2 milyon rublu götürüb.

Hadisə ilə bağlı şübhəli şəxs sentyabrın 23-də saxlanılıb. Onun 17 yaşlı birinci kurs tələbəsi olduğu müəyyənləşib. Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti