Pentaqon İranla müharibədə ölən ABŞ hərbçilərinin sayına birini də əlavə edib. Hazırda siyahıda 19 əsgər var. 820-dən çox əsgər yaralanıb. Lakin ABŞ rəsmiləri itkilərin real sayının daha çox olduğunu bildirirlər.
Bu barədə “The Washington Post” yazıb.
Məlumata görə, DCAS bazasına son olaraq 18 sentyabrda Yaxın Şərqə gedərkən ürək tutmasından ölən 37 yaşlı kapitan Byanka Vilkersonun adı əlavə edilib. Ona ölümündən sonra mayor rütbəsi verilib.
Qəzet ABŞ rəsmilərinə istinadən real itkilərin daha çox olduğunu, açıq bazada ən azı 5 ölən hərbçi barədə məlumatın yer almadığını iddia edir. Pentaqon rəhbəri Pit Heqset isə bu məlumatı təkzib edərək döyüş itkilərinin gizlədilmədiyini bildirib.