Gündəm / İdman Bugün, 18:11

"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib




"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub.

Üç mərhələnin yekunda birinci yeri tutan pilotun adı bəlli olub.

İlk yeri "Mersedes"in pilotu Corc Rassell tutub. "Ferrari"dən Şarl Lekler ikinci, "Maklaren" komandasından Oskar Piastri isə üçüncü yeri tutub.

Üçüncü sərbəst yürüşdə ən yaxşı nəticə "Red Bull"dan Maks Ferstappenə məxsus olub.

Xatırladaq ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-dadır.

xxx

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

Yarışda 11 komanda mübarizə aparır. Komandalar iki pilotla təmsil olunur.

Sessiya 1 saat müddətində davam edəcək. Bu sessiya sabah keçiriləcək Qran-prinin start düzülüşünü müəyyən edəcək.

Xəbər lenti