Gündəm / Siyasət / Mədəniyyət Bugün, 12:49

Leyla Əliyevadan tarixi xalçaya ilmələr - Video


Leyla Əliyeva Şuşa məscidi üçün toxunan dünyanın ən böyük dairəvi xalçası ilə bağlı görüntülər paylaşıb.

Planetinfo.az” xəbər verir ki, o, görüntüləri instaqram hesabında izləyiciləri ilə bölüşüb.

Belə ki, “Azərxalça” ASC tərəfindən Şuşa məscidi üçün hazırlanan, dünya xalçaçılıq tarixinin ən böyük dairəvi əl xalçasının kəsim mərasimində Leyla Əliyeva da iştirak edib. Diametri 22,17 metr olan dairəvi əl xalçasının toxunma prosesi artıq tamamlanıb.

Daha əvvəl isə Leyla Əliyeva İsmayıllı emalatxanasına baş çəkərək xalça ilə yaxından tanış olub, toxucularla vaxt keçirib və bu tarixi əsərin bir hissəsinə çevrilərək xalçaya ilmə atıb. Kəsim mərhələsində isə xalçanın son ilmələri məhz Leyla Əliyeva tərəfindən vurulub.

Həmin görüntüləri təqdim edirik:

Video burada!

Xəbər lenti