Gündəm Bugün, 14:14

"SAFE fondunun yaradılması Brüsselin Varşavaya siyasi şantajıdır" - Polşalı siyasətçi


Aİ-nin SAFE hərbiləşdirmə fondunun yaradılması Brüssel tərəfindən Varşavaya qarşı siyasi şantajdır.

Planetinfo.az xəbər verir ki, bu fikirləri Polşanın Qanun və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski "X" hesabında yazıb.

Onun fikrincə, SAFE fondunun resursları əlavə müdafiə fondları deyil və proqram mövcud fondların bir hissəsini əvəz etməlidir.

Kaçinski hesab edir ki, buna görə də Polşanın bu proqrama hazırkı formada daxil olması Avropa Komissiyası tərəfindən müəyyən edilmiş məhsulların siyahısından uzunmüddətli maliyyə asılılığı deməkdir.

Xəbər lenti