Gündəm / Siyasət / Dünya 8-03-2026, 08:30

Avropada ABŞ səfirliyi qarşısında güclü partlayış



Amerika Birləşmiş Ştatlarının Oslodakı səfirliyi yaxınlığında güclü partlayış baş verib.

PLANETİNFO.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Norveçin hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayışın səbəbi və kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Bundan əvvəl Birləşmiş Ştatların Səudiyyə Ərəbistanındakı səfirliyinə iki pilotsuz uçuş aparatı ilə hücum edilmişdi. Mənbələrdən birinin verdiyi məlumata görə, həmin hadisə zamanı da xəsarət alanlar barədə məlumat qeydə alınmamışdı.

Xəbər lenti