Gündəm / Dünya
8-03-2026, 10:30
Yunanıstanda güclü zəlzələ oldu
Yunanıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
PLANETİNFO.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri təxminən Larisa şəhərindən 155 km qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.