Gündəm 9-03-2026, 23:00

Gəncədə kişi dərmandan zəhərlənib öldü



Gəncədən dərmandan zəhərlənən kişi ölüb.

Planetinfo.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.

38 yaşlı M. Q-ın yaşadığı evdən meyit tapılıb.

Onun hansı şəraitdə dərmandan zəhərlənməsi məlum deyil, meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti