İsrail hərbi qüvvələri İrandan yeni raket buraxılışı aşkar edib.
Planetinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Bu, günün əvvəlindən bəri İrandan ilk raket xəbərdarlığıdır. İsrailə zərbə endirilməsi gözlənilir".
Ordudan bildirilib ki, İsrail sakinlərinin mobil telefonlarına yaxın dəqiqələrdə mümkün hava hücumu sirenası barədə təcili xəbərdarlıq mesajı göndərilib.