"Avropa Komissiyası (AK) xarici siyasət məsələlərində öz səlahiyyətləri daxilində qalmalıdır".
Planetinfo.az "Politico"ya istinadən xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
Barrotun sözlərinə görə, Aİ icra orqanı subsidiarlıq prinsipinə və müqavilənin hərf və ruhuna ciddi şəkildə riayət etməklə məhdudlaşmalıdır.
Nazir vurğulayıb ki, Ali Nümayəndə [yalnız] Birliyin ümumi xarici və təhlükəsizlik siyasətini həyata keçirir.
Bir neçə AB diplomatı əvvəllər Avropa Komissiyası rəhbərinin hərəkətlərindən narazılığını bildirib.
Yaxın Şərq böhranının ilk günlərində fon der Leyen Tehranda rejim dəyişikliyini dəstəklədiyini bildirmiş və Körfəz liderləri ilə ondan çox danışıqlar aparıb.