Hadisə 26-02-2026, 12:37

Ağcabədidə güclü YANĞIN - FOTO


Ağcabədidə 4 otaqlı ev yanıb.

Planetinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Yanğın qəsəbə sakini Solmaz Namazovaya məxsus evdə baş verib. Hadisə nəticəsində evin 3 otağı əşyaları ilə birlikdə yanaraq kül olub.

Hadisə yerinə FHN-in yerli şöbəsinin əməkdaşları cəlb olunub.

Yanğına elektrik xəttində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti