Hadisə Bugün, 10:13

Tovuzda partlayış - xəsarət alanlar var


Tovuzda partlayış olub.

Planetinfo.az bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Z.Cəfərova məxsus evdə anidən partlayış olub. Nəticədə 3 nəfər ağır xəsarət alıb.

Yaralılar Bakı şəhərinə aparılıb. Xəsarət alanlar 1999-cu il təvəllüdlü C.Cəfərov, 2005-ci il təvəllüdlü T.Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərovdur.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib./unikal

Fakt araşdırılır

Xəbər lenti