Hadisə Bugün, 13:01

Xalq artistinin rejissor qardaşı vəfat etdi


Tanınmış rejissor Rauf Süleyman vəfat edib.

Planetinfo.az xəbər verir ki, uzun illər AzTV-də çalışmış R.Süleyman 82 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Süleyman Xalq artisti Ramiz Həsənoğlunun qardaşıdır.

Rauf və Ramiz Mirzəyevlər görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan SSR Əməkdar artisti Ətayə Əliyevanın övladlarıdır. (Qafqazinfo.az)

Xəbər lenti