Hadisə 18-03-2026, 09:22

Qazaxda ağır qəza: 5 nəfər xəsarət aldı


Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Planetinfo.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.


Xəsarət alanlar 1992-ci il təvəllüdlü E.Daşdıyev, 1999-cu il təvəllüdlü S.Abdullayev, 1999-cu il təvəllüdlü Ə.Süleymanov, 1999-cu il təvəllüdlü F.Cəfərov və 1989-cu il təvəllüdlü M.Alıyevdir.


Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (Apa.az)

Xəbər lenti