Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Əflatun Amaşov qəza keçirib. Belə ki, Bakı-Şamaxı yolunda onun avtomobili aşıb. Qəza zamanı jurnalist xəsarət almasa da, yanındakı sərnişin yüngül zədə alıb.
Planetinfo.az xəbər verir ki, hadisə ilə bağlı “Yenisabah.az”a danışan Əflatun Amaşovun oğlu Orxan Amaşov atasının son durumunu açıqlayıb:
“Atamın vəziyyəti yaxşıdır. Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”.