Hadisə 27-03-2026, 15:00

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Goranboyda tanışlar arasında baş verən mübahisə qanla nəticələnib.

Rayon sakini 1992-ci il təvəllüdlü M. Əliyev bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Zərərçəkən dərhal əməliyyata götürülüb, hazırda vəziyyətininn stabili olduğu bildirilir.


İlkin versiyaya görə, M.Əliyevə aralarında yaranan münaqişə zamanı tanışı 2009-cu il təvəllüdlü K.Əliyev kəsici deşici alətlə xəsarət yetirib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən K.Əliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır. //Bizim.Media

Xəbər lenti