Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində avtomobil aşıb.
Planetinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Range Rover” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq metal arakəsmələrə çırpılıb.
Nəticədə aşan avtomobil arakəsmələrin arasında qalıb. Hadisə nəticəsində avtomobilin xanım sürücüsü yüngül xəsarətlərlə xilas ola bilib.