İdman 24-12-2025, 08:07

Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasında kadr təyinatı olub

Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasında kadr təyinatı olub
Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində federasiyanın fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə kadr təyinatı həyata keçirilmişdir.

Qərara əsasən, dünya və Avropa çempionu Güloğlan Cabbarlı Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hakimlər Kollegiyasının sədri vəzifəsinə təyin edilmişdir.

Qeyd edək ki, bu təyinat federasiyada hakimlik institutunun inkişaf etdirilməsi, yarışların obyektiv və şəffaf şəkildə təşkili, eləcə də beynəlxalq standartlara uyğun idarəetmənin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Güloğlan Cabbarlının idman sahəsində əldə etdiyi zəngin təcrübə və peşəkar fəaliyyəti federasiyanın qarşısında duran vəzifələrin icrasına töhfə verəcəkdir.

Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyası bundan sonra da dövlətin idman siyasətinə uyğun olaraq gənclərin sağlam ruhda yetişdirilməsi, milli idman növlərinin inkişafı və ölkəmizin beynəlxalq idman nüfuzunun artırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Nəsimi

Xəbər lenti