"Bu gün ölkəmiz beynəlxalq idman aləmində etibarlı və nüfuzlu tərəfdaş kimi tanınır. Müxtəlif səviyyəli mötəbər yarışlara uğurla ev sahibliyi edən ölkəmiz, təşkilatçılıq, təhlükəsizlik və müasir infrastruktur baxımından dünyada nümunə göstərilən məkanlardan birinə çevrilmişdir!.
Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunmuş rəsmi mərasimdə çıxışına diqqət çəkərkən deyib. O bildirib ki, xüsusilə Bakı şəhərində keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ölkəmizin idman həyatında mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın qlobal miqyasda tanıdılmasına mühüm rol oynamışdır:
"Bu yarışlar vasitəsilə Azərbaycan müasir, dinamik və açıq ölkə kimi beynəlxalq ictimaiyyətə təqdim olunur".
Hakim partiya təmsilçisi deyib ki, müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı daim dövlətin diqqət mərkəzində olub.
Anar