İqtisadiyyat Bugün, 15:21

Astara Terminalında yük dövriyyəsi 26 faiz ARTDI



2026-cı ilin 5 ayında Astara Terminalında 346 min tondan çox yük aşırılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26 faiz çoxdur.

Bu barədə Planetinfo.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, ADY-nin Astara Terminalın (İran ərazisində) Şimal-Cənub dəhlizinin mühüm elementi kimi tranzit daşımalarındakı rolu güclənir.

Tikinti işləri yekunlaşmaq üzrə olan Astara Terminalı tam gücü ilə işə düşdükdən sonra illik 3,5 - 4 milyon ton yükötürmə həcmi ilə regional yük əməliyyatlarını genişləndirəcək.

Xəbər lenti