İqtisadiyyat 12-11-2025, 13:26

Körfəz ölkələrində Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı təbliğ edilir



Körfəz Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə Azərbaycanın turizm potensialı, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurun turizm imkanları təbliğ edilir.

Bunu Planetinfo.az-a “Zakher Travel” turizm şirkətinin direktoru Cəfər Qara deyib. O bildirib ki, bu məqsədlə Azərbaycan Turizm Bürosu ilə birgə Küveyt, Qətər və Omana səfərlər təşkil edilib:

“Eyni zamanda səfər marşrutuna Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da daxildir. Keçirdiyimiz görüşlərdə Azərbaycanın turizm potensialı, eləcə də Qarabağ və Şərqi Zəngəzurun turizm imkanları barədə məlumatlar verir, bukletlər təqdim edirik. Həmçinin, Qarabağın turizm imkanlarını özündə əks etdirən videoçarxlar nümayiş olunur ki, bu da həmin ölkələrdə maraqla qarşılanır”.

Cəfər Qara onu da deyib ki, Qarabağ və Şərqi Zəngəzurun turizm zonaları üçün turpaketlər də hazırlanıb və səfər çərçivəsində keçirilən görüşlərdə həmin turpaketlər barədə də qeyd edilən ölkələrin vətəndaşlarına ətraflı məlumat verilir.

Süleyman

Xəbər lenti