İqtisadiyyat 12-11-2025, 16:07

Qazaxıstan Rusiya ilə ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq istəyir




Qazaxıstan Rusiya ilə ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq niyyətindədir.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyada səfərdə olarkən deyib. Tokayev bunu yaxın gələcəkdə reallaşacaq məqsəd hesab edir.

Moskvada rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşü zamanı Tokayev Qazaxıstanla Rusiya arasında münasibətlərin getdikcə inkişaf etdiyini və bunun da qarşıya qoyulan hədəflərə çatmaq üçün imkan yaratdığını vurğulaylb.

Qazaxıstan prezidenti, "Biz ticarət dövriyyəsini 30 milyard dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Hesab edirəm ki, bu, çox real rəqəmdir və biz bu məqsədə çox yaxın vaxtlarda nail olacağıq",-deyə bildirib.

Süleyman

Xəbər lenti