Rusiya Əfqanıstanda kiçiktutumlu su elektrik stansiyaslı (SES) tikəcək.
Planetinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın Rusiyadakı səfiri Gül Həsən deyib. Diplomat bildirib ki, Rusiya şirkətlərinin nümayəndələri artıq Kabildəki müvafiq dövlət qurumları ilə bu istiqamətdə danışıqlar aparır:
"Kabildə kiçik su elektrik stansiyalarının tikintisi ilə bağlı danışıqlar aparırlar. Ümumiyyətlə, Rusiya şirkətləri Əfqanıstanın enerji sektoruna maraq göstərirlər".
Səfir deyib ki, Rusiya şirkətlərinin bəziləri artıq Əfqanıstana səfər edib və müvafiq qurumlar, mütəxəssislərlə görüşlər və danışıqlar aparıblar.
"Yaxın gələcəkdə bu istiqamətdə praktik addımların atılması gözlənilir",-deyə səfir bildirib.
Anar