İqtisadiyyat 14-11-2025, 16:12

Biləsuvarlı iş adamları Özbəkistana səfər edib




Biləsuvar rayonundan bir qrup iş adamı Özbəkistana səfər edib.

Bu barədə məlumatı Planetinfo.az-a Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUAİB) sədri Ruslan İmanzadə verib. O bildirib ki, səfər çərçivəsində biləsuvarlı iş adamları Özbəkistanın investisiya mühiti ilə tanış olacaq, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklər:

“İlk dəfədir ki, biləsuvarlı iş adamları Özbəkistana səfər edirlər. Dörd günlük səfər çərçivəsində iş adamları müxtəlif görüşlər keçirib qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər”.

Ruslan İmanzadə deyib ki, ATUİAB da öz növbəsində biləsuvarlı iş adamlarının Özbəkistanda investisiya layihələri həyata keçirməsinə texniki dəstək olmağa çalışacaq.

Anar

Xəbər lenti