"İşğaldan azad edilmiş ərazilərin tam maliyyələşməsi Azərbaycanın öz imkanları hesabına həyata keçirilir".
Planetinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdə 2026-cı ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Nazir bildirib ki, bu da öz növbəsində Azərbaycanın həm iqtisadi imkanları, həm də əldə etdiyi iqtisadi göstəricilərə görə regionda lider dövlət olduğunu göstərir. Mikayıl Cabbarov xüsusi vurğulayıb ki, bütün bu nəticələr isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin nəticəisndə əldə edilib.
Mikayıl Cabbarov diqqətə çatdırıb ki, növbəti ildə də "Böyük Qayıdış" Proqqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə quruculuq-abadlıq işlərinin həyata keçirilməsinə əvvəlki ildən fərqli olaraq daha çox vəsait ayrılacaq.
Anar