Mədəniyyət 5-12-2025, 06:57

Sloveniya İsrailə görə Avroviziyadan imtina etdi

Sloveniya İsrailin iştirakından dolayı Avstriyanın paytaxtında keçiriləcək 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinə qatılmaqdan imtina edərək İrlandiya, İspaniya və Niderlandın cərgəsinə qoşulub.

Bu barədə Avstriyanın “OE24” televiziya kanalının məlumatında deyilir.

Bildirilib ki, Belçika və Portuqaliya da hazırda nümayəndələrini Vyanaya göndərib-göndərməməyi müzakirə edir.

Qeyd edək ki, Avropa Yayım Birliyi İsrailin 2026-cı ildə “Avroviziya” mahnı müsabiqəsində iştirakına icazə vermək qərarına gəlib.

Xəbər lenti